Bee Tours – səyahəti xatirələrə çevirən Turizm və Destinasiya Menecmenti Şirkətidir.
Azərbaycanın və dünyanın ən gözəl guşələrini müştərilərimizə tanıdaraq, həm yerli, həm də beynəlxalq səviyyədə unudulmaz səyahət təcrübələri təqdim edirik. Fərdiləşdirilmiş təcrübələrimizlə səyahət həvəsinizi alovlandırır və hər tətildə unudulmaz xatirələr yaratmağınıza kömək edirik.
Korporativ biznes müştərilərimiz üçün işgüzar səfərlərinizi effektiv və rahat təşkil etməkdə güvənilir tərəfdaşıq. Səmərəli marşrutların hazırlanmasından, xərclərin optimallaşdırılmasına və təhlükəsizliyin təmin edilməsinə qədər hər addımda sizin yanınızdayıq. Vaxtın dəyərini bilirik və iş proseslərinizi asanlaşdırmaq üçün peşəkar dəstək təqdim edirik.
Biz, Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) fəxrli üzvüyük və bu qurumun dəyərlərini rəhbər tutaraq, turizm sahəsində peşəkarlığı və etibarlılığı ön planda saxlayırıq.