BeeTours rəsmi logo

Haqqımızda


Bee Tours – Azərbaycanda və Rusiyada fəaliyyət göstərən, dərin təcrübəyə və qlobal tərəfdaş şəbəkəsinə malik komandası vasitəsilə beynəlxalq agentliklər və korporativ müştərilər üçün etibarlı və peşəkar DMC dəstəyi təqdim edən B2B yönümlü turizm şirkətidir.
Şirkətimiz tərəfdaşların fərdi tələblərinə uyğun olaraq tam miqyaslı, çevik və keyfiyyətli turizm həlləri təklif edir.
Fərdi və qrup turlarını formalaşdırarkən, hər bir ölkədən gələn turistlərin mədəni xüsusiyyətlərini, davranış modellərini və səyahətə yanaşmalarını nəzərə alır, proqramları qonaqların gözləntilərinə uyğun olaraq diqqətlə tərtib edirik.
MICE istiqamətində həyata keçirdiyimiz çoxsaylı layihələr bizə müxtəlif miqyaslı və məzmunlu tədbirlərin təşkili üzrə sistemli yanaşma formalaşdırmağa imkan verib. İş prinsipimiz yalnız tədbir keçirmək deyil, məqsədə uyğun məkan seçimi, proqramın dizaynı, iştirakçı axınının idarə olunması və logistikanın bütün detallarının peşəkar şəkildə bir araya gətirilməsidir.
Bu yanaşma bizə dövlət qurumları tərəfindən elan edilən tenderlərdə inamla iştirak etməyə və ölkə rəhbərliyi səviyyəsində keçirilən yüksək protokollu tədbirlərin təşkilində etibarlı icraçı kimi çıxış etməyə şərait yaradır. Uğurlu tədbir bizim üçün rəqəmlərlə deyil, iştirakçıların yaşadığı təcrübə, tərəfdaşların göstərdiyi etimad və qurulan uzunmüddətli əməkdaşlıqlarla ölçülür.
Yüksək profilli şəxslər (VIP) və xüsusi nümayəndə heyətləri üçün nəzərdə tutulmuş xidmətlərimiz fərdiləşdirilmiş şəkildə planlaşdırılır və qüsursuz şəkildə icra olunur. Şəxsi assistentin təyin edilməsi, son model nəqliyyat vasitələrinin təmin olunması, xüsusi protokollu qarşılama və biznes uçuşlarının koordinasiyası tam nəzarət altında həyata keçirilir. Bütün proseslər maksimum məxfilik, protokol uyğunluğu və xidmət etibarlılığı prinsiplərinə əsaslanır. Şirkətimizin müxtəlif tutumlu nəqliyyat vasitələrindən – sedanlar, minivanlar, sprinterlər və iri tutumlu avtobuslardan ibarət şəxsi nəqliyyat parkı mövcuddur. Transferlər və ekskursiya marşrutları üçün nəzərdə tutulmuş bu vasitələr beynəlxalq təhlükəsizlik və komfort standartlarına cavab verir. Hava limanı qarşılamaları, şəhərdaxili və bölgələrarası turlar, eləcə də tədbir və qrup daşımaları operativ şəkildə təşkil olunur.
Biz, Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) fəxri üzvü olaraq bu qurumun dəyərlərini rəhbər tutur və turizm sahəsində peşəkarlığı, etibarlılığı və davamlı inkişafı əsas prioritet hesab edirik.
Bee Tours – hər detalı düşünülmüş, hər mərhələsi nəzarətdə olan turizm həlləri ilə yanınızdadır.